Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr edilmiş tedbir

22 noyabr 2013 | 11:00

    YAP-ın Ağcabədi rayon təşkilatı və Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr edilmiş "Azərbaycan tarixini öyrəniririk" başlığı altında Ü,Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində  bilik yarışı keçirilmişdir.
   Tədbirdə Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatı sədrinin müavini E.Qəmbərov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibəti ilə iştirakçıları təbrik etmiş və onlara uğurlar arzu etmişdir..
   Yarışda 14-29 yaş həddində 16 komanda iştirak etmişdir.
    Bilik yarışında Azərbaycan Müəllimlər İnstitutunun “Aran” komandası I yer, C.İbrahimov adına 8 saylı məktəbin komandası II yer, Ü.Hacıbəyli adına şəhər 7 saylı məktəbin komandası III yeri tutmuşdur. Yer tutan komandalara Fəxri fərmanlar verilmişdir.
   Tədbirdə 155 nəfər iştirak etmişdir.

Keçidlər