Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.

14 fevral 2019 | 11:00

14.02.2019-cu il tarixdə saat 11:00-da Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

Tədbir İştirakçıları əvvəlcə  Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər .Daha sonra mədəniyyət mərkəzinin foyesində Ağcabədidə istehsal edilən məhsulların sərgisinə, rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərə və videoçarxa baxdılar.Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov məruzəsində bildirdi ki, hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Ağcabədi şəhərində abadlıq-quruculuq işləri davam etdirilib,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 oktyabr 2018-ci il tarixli sərəncamı ilə  432 şagird yerlik Salmanbəyli kənd tam orta məktəbinin, 27 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 264 şagird yerlik Qaradolaq kənd tam orta məktəbinin tikintisinə başlanılmışdır.Hal-hazırda Şəhərin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərinin kəsişməsində saat qülləsi , Ağcabədi Sukanal idarəsinin inzibati binasının tikintisi başa çatdırılmış,Agcabədi şəhər Üzeyir Hacıbəyli prospektində  “ASAN” xidmət mərkəzinin  , Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik  şəhər 2 saylı Körpələr evi-uşaq bağçasının, Səməd Vurğun küçəsində Avtovağzal kompleksinin, Hüsülü bələdiyyəsi ərazisində dənli bitki toxumlarının emalı zavodunun tikintisi,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qarabağ Muğam Mərkəzinin təmiri işləri davam etdirilir. şəhər 7 saylı Körpələr evi- uşaq bağçası əsaslı təmir edilmişdir.
Şəhərin prospek və  küçələrində  abadlıq,quruculuq işləri aparılmış, səkilərə bardür  düzülərək tamet döşənmiş,hasarlarda hörgü, suvaq, işləri aparılaraq  ağ lay bəzək daşları, dekorativ üzlük,  aq lay şəbəkə daşları vurulmuşdur, hazırda işlər davam etdirilir.        Ağcabədi şəhəri Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov,  və Nəsimi küçələrində çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılaraq , binaların kürsü hissələri  ağlay tavalarla üzlənmiş,  kürsü karnizi, həşiyə vurulmuş, hörgü,  suvaq işləri aparılmış,  plastik pəncərə bloku quraşdırılmışdır. Binaların fasad hissələrində  xüsusi qarışıqdan ibarət bəzək şəbəkəsi işi görülmüş  və emulsiya ilə rənglənmişdir.2018-ci təsərüfat ilində  rayonumuzda 25.211 ha bugda sahəsindən ,orta məhsuldarlıq 36,6 sentner,  4.551 ha arpa sahəsindən orta məhsuldarlıq 32,1 sentner, ümumilikdə 29.762 ha taxıl sahəsindən orta məhsuldarlıq 35,9 sentner olmuşdur.Sevindirici haldır ki,əhali təsərrüfatlarında buğdanın hər hektarından orta məhsuldarlığı 46.6 sentner olmaqla rayon tarixində ilk dəfə 106.959 ton taxıl istehsal olunmuşdur . 884 ha sahədə şəkər çuğunduru əkilərək orta məhsuldarlıq 327,8 sentner,    10.000 hektar sahədə pambıq əkilmiş , orta məhsuldarlıq 23,3 sentner təşkil etmişdir. 2019-cu ildə pambıq əkilməsi üçün istehsalçılarla hazırda müqavilələrin bağlanılması davam etdirilir. Azərbaycan Respublikasında kənd təsərrüfatı inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Ağcabədi şəhərindən fermer Hüseynov İsgəndər Rəşid oğlu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.    2018-ci ildə rayon kümçüləri saxladıqları 780 qutu ipək qurdundan 37.146  kiloqram yaş barama istehsal edərək “Şəki İpək” ASC-nə təhvil vermişlər. Barama istehsalı ilə məşğul olan kümçülər tərəfindən istehsal etdikləri yaş baramaya görə 182.304 manat məbləğində subsidiya istehsalçılara plastik kartlar vasitəsilə ödənilmişdir.2019-cu ildə ipək qurdu saxlanması üçün rayonda mövcud olan çəkil ağacları budanmış və Çin Xalq Respublikasından gətirilmiş 20 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 100 min ədəd  cəmi 120 min ədəd tut tingi rayon ərazisində əkilmiş və aqrotexniki qaydalara uyğun olaraq becərilmişdir.Son 3 ildə 389 min ədəd tut tingi əkilmişdir.Çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və 2019-cu ildə görüləcək işlərdən danışılıb.Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev  yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən söz açdı.

Keçidlər