Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin peşə bayramı münasibəti ilə tədbir keçirildi.

13 fevral 2019 | 11:00

 13.02.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin peşə bayramı münasibəti ilə tədbir keçirildi.
Tədbir İştirakçıları əvvəlcə  Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin  Başçısı Şahin Məmmədov   tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasında əsas məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır. Natiq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və  üzərlərinə düşən məsul , şərəfli işdə uğurlar arzulayıb.
  Daha sonra çıxış edən digər natiqlərdə şəxsi heyəti təbrik edib onlara uğurlar arzuladılar.

Keçidlər