Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımı ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin əməkdaşları Ə. Alıyev adına şəhər 12 № -li tam orta məktəbdə mühazirə ilə çıxış ediblər.

08 fevral 2019 | 11:00

Xocalı Soyqırımı ilə əlaqədar olaraq 08 fevral 2019-cı il tarixdə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ə. Alıyev adına Ağcabədi şəhər 12 № -li tam orta məktəbdə “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda məruzə keçirilmişdir.
Mərkəzin əməkdaşları Fariz Bünyatov və Nurlan Piriyev tərəfindən keçirilən məruzə zamanı məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri olmuşdur. Çünki Xocalıda baş verən faciə təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.Bu kütləvi qırğında 613 nəfər insan həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür.
     Məruzə zamanı o da vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
      Sonda məktəblilərlə birlikdə Xocalı soyqırımı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, oktyabr ayından etibarən hər ay Dahi Liderin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilən məruzələr fevral ayı ərzində Xocalı faciəsinə həsr olunub. Məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

Keçidlər