Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

22 noyabr 2013 | 11:00

 21 noyabr 2013-cü il  tarixdə saat  10 30-da  YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
    Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr                         olunmuş yığıncağa  YAP Ağcabədi rayon təşkilatının Şura üzvləri,  Qadınlar Şurasının, Gənclər birliyinin və Nəzarət təftiş qrupunun üzvləri, ərazi ilk təşkilatlarının sədrləri  dəvət olunmuşdur.
     Yığıncağın işində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov iştirak edir.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
     Yeni Azərbaycan Partiyasının yaranmasının 21 ci ildönümü ilə əlaqədar  məruzə  üçün söz  Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri  Rövşən Əhmədova verilir.
      Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatının Şura üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü şəhər  8 saylı  ərazi ilk təşkilatının sədri Anar Qasımov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü İbrahim Həsənov çıxış etdilər.
     Daha sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədova verildi.
    Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə  Yeni Azərbaycan Partiyası rayon təşkilatının bir qrup fəalının təltif edilməsi üçün  Fəxri Fərmanlar verildi.
    Həmçinin Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş gənclərin bir qrupuna YAP vəsiqələri təqdim edilmişdir.
   Tədbirdə 95 nəfər iştirak etmişdir.

Keçidlər