Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabatı dinlənilmişdir

31 yanvar 2019 | 11:00

31 yanvar 2019-cu il tarixdə saat 11:00 –da Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb liseyin idman zalında Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Mehdiyevin 2018-ci ilin yekunları və 2019-cui ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Toplantıda şəhər icra nümayəndəsi Vüsal Mehdiyevin hesabat məruzəsi dinlənilmişdir.
   Məruzədə Ağcabədi şəhər inzibati ərazi dairəsi nümayəndəliyinin ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilmişdir. Şəhər icra nümayəndəsi Vüsal Mehdiyev bildirmişdir ki, hesabat ilində Ağcabədi şəhərində geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Ağcabədi şəhər inzibati ərazi dairəsində tikinti və abadlıq işləri uğurla davam etdirilmişdir.
   Yığıncaqda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bölgələrə göstərilən diqqət və qayğıdan, rayonda gedən sosial-iqtisadi inkişafdan danışmış, tövsiyələrini vermişdir.
   Məruzə və çıxışlarda problemlərdən də danışılmış, onların aradan qaldırılması yolları göstərilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Bildirilmişdir ki, 2019-cu ildə Ağcabədi şəhərində tikinti-quruculuq işləri davam etdiriləcək, yaşayış binaları əsaslı təmir olunacaq, prospekt və küçələrdə yenidənqurma və abadlıq işləri aparılacaq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış işlər uğurla davam etdiriləcək.

Keçidlər