Şriftin ölçüsü :

Saytın rəngi :

M.F.Axundov adına 3 saylı məktəb-liseydə “20 yanvar” faciəsinin 29-cu il dönümü qeyd olundu.

15 yanvar 2019 | 11:00

Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Saragül Həsənova açdı.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 1990- cı il 19 yanvardan 20 - nə keçən gecə törədilən qanlı hadisələr haqqında məktəbin tarix müəllimi Aynur Hüseynova məlumat verdi.Tədbir məktəblilərin hazırladıqları kompozisya ilə davam etdi. Uşaqlar B.Vahabzadənin “Şənbə gecəsi”, “Azadlıq yolu” şerlərini söylədilər. Kompozisya Milli Məclisin üzvü Tahir Rzanın “Bəsdir daha qərənfilim ağlama”şeri ilə sona çatdı.Məktəbin direktoru Mətanət Quluyeva sonda çıxış edərək şagirdlərə vətən ugrunda şəhid olanların adlarını qəlblərində yaşatmağı, xalqına, vətəninə daha da bağlı olmağı tövsiyyə etdi.Sonda məktəblilər şəhidlər xiyabanını ziyarət edib şəhidlərimizin məzarları üstünə qərənfillər düzdülər.

Keçidlər