Ağcabədi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir
Ağcabədi rayon “Gənclər Mərkəzi” ndə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Ağcabədi RİH-nin başçısının I müavini, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, qeyd edib ki, rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, azərbaycançılıq ideologiyası təşkil edir. R.Əhmədov ölkəmizdə uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar həmişə dövlətin qayğısı ilə əhatə olunduğunu yola saldığımız 2018-ci ilin ölkəmiz və rayonumuz üçün uğur gətirdiyini qeyd etmiş, qazanılan nailiyyətlərin ölkə Prezidenti İlham Əliyev cənablarının milli dövlətçiliyə, xalqın maraqlarına əsaslanan uğurlu siyasətinin məntiqi nəticəsi olduğunu vurğulamışdır.
Şənlik “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”də təhsil alan uşaqların ifasında maraqlı səhnəciklər, rəqslər və müsiqi nömrələri ilə davam etdirilib. Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.
Şənliyinin sonunda uşaqlara hədiyyələr paylanıb.
Tədbirdə “Güvən” Dostluq və Xeyriyyə Cəmiyyətinin sədri Nigar Bayramlı, ictimaiyyət nümayəndələri və valideyinlər iştirak etmişlər.