Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun II Respublika elmi konfransı keçirilmişdir.

17 noyabr 2013 | 11:00

14 noyabr 2013- cü il tarixdə Ağcabədi şəhəri Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində   Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun II Respublika elmi konfransı keçirilmişdir.
    Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, Konfransa öz işində uğurlar arzu edirəm. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu Qarabağ Folklor nümunələri toplaması ilə bağlı işi təqdirəlayiq və böyük əhəmiyyətə malikdir.  Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu humanitar istiqamətdə - Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin toplanması tədqiqi, qorunması və təbliği sahəsində kifayət qədər əhəmiyyətli işlər görmüşdür. Xalqımızın milli mənəvi dəyərlərinin son dərəcədə zədəsiz bir şəkildə qorunduğu, etnik dəyərlərimizin saf şəkildə saxlanıldığı ərazilərdən biri də Qarabağ regionudur.
    Qarabağda şifahi xalq yaradıcılığı Qarabağ folklorunun toplanmasında “Qarabağ : Folklor da bir tarixdir” 6 cildlik kitabının ərsəyə gəlməsində AMEA-nın əməkdaşlarına bizim də köməyimiz dəymiş onlara lazımı şərait yaradılmışdır. Bu çoxcildlikdə (Ağcabədi, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər ) rayonlarından folklor nümunələri  toplanmışdır. Adı çəkilən Qarabağ rayonları əhalisinin əksəriyyətinin respublikamızın bütün ərazisində məcburi köçkün kimi məskunlaşdığı nəzərə alınsa folklor nümunələrinin toplanmasının nə qədər ağır zəhmət bahasına başa gəldiyinin şahidi oluruq.
    Bu gün Qarabağ əhalisinin yaddaşlarında doğma yurdları, coğrafi məkanları, etnik tayfaları, övliyyaları barədə şifahi söylənilən materialların toplanması çox vacibdir. Getdikcə söyləyicilər (şifahi olaraq-folklor nümunələrini yaddaşlarda saxlayıb, deməyi bacaran yaşlı nəslin nümayəndələri) sıradan çıxır və folklor haqqında təsəvvürü  olmayan gənc nəsil yetişir.
    Məhz bu nöqteyi nəzərdən Folklor irsimizin itməməsi və toplanması məqsədi ilə ağır və şərəfli bir işin icrası ilə bu gün qonağımız olan AMEA-nın Folklor İnstitutunun əməkdaşları məşğul olmuş və çox qiymətli əsər ortaya qoymuşlar.
   “Qarabağ : Folklor da bir tarixdir” çoxcildliyində Ağcabədi ilə bağlı xalq yaddaşında formalaşmış yer adları çəkilir, Köyük kəndi, Minəxorlu kəndi, Haramı düzü, Gavur arxı, Əjdər güllələnən yer, Spartı, Rəncbərlər, Şahsevən və s.
    Qarabağın məşhur adamları haqqında “Xan Şuşinski, Hacı Məmməd Hüseyn, Sarı Aşıq, Aşıq Valeh” və s. haqqında xalq deyimləri toplanıb.
    Göründüyü kimi, milli-mənəvi dəyərlərimizin qorunması, araşdırılması, gələcək nəsillərə çatdırılması, böyük əhəmiyyət daşıyır. Bir daha Qarabağ Folkloru problemləri və prespektivlər mövzusuna həsr edilmiş konfransa uğurlar arzu edirem.
    Öz işinə başlayan konfransda Yusif Vəzir Çəmənzəminli bölməsi və Üzeyir Hacıbəyli bölməsi üzrə çıxışlar və müzakirə nəzərdə tutulmuşdur.
    Konfransda AMEA  Folklor İnstitutunun direktoru , filologiya üzrə elmlər doktoru  Muxtar İmanov, AMEA  Folklor İnstitutu, filologiya üzrə elmlər doktoru, professoru Füzuli Bayat , Qəzənfər  Paşayev , Rayon Heydər Əliyev  Mərkəzinin əməkdaşı, Respublika Yazıçılar Birliyinin üzvü, Prezident  təqaüdçüsü, şairə Məhsəti Musa və digərləri çıxış etmişlər.

Keçidlər