Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasında “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Tarixilik və mənəvi dəyərlər” mövzusunda tədbir keçirildi
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 25.12.2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsində dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Bu günkü tədbirimiz də həmin məsələyə həsr olunmuşdur.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar
Hacıyev “Tarixilik və mənəvi dəyərlər” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirdi ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.
Məruzə ətrafında Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova çıxış edərək bildirdi ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Gənclər ilə belə tədbirlərin keçirilməsinin pedaqoji cəhətdən çox böyük əhəmiyyəti vardır.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi təşkil olundu.