Ağcabədi Günərzi Qayğı Mərkəzinin uşaqları üçün yeni il şənliyi təşkil edildi.
22.12.2018-ci il tarixdə Ağcabədi Günərzi Qayğı Mərkəzində təhsil alan uşaqlar üçün 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir təşkil olunmuşdur.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak edərək Mərkəzin uşaqlarını 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etmiş və onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır. Şaxtababa ,Qarqızın və nağıl qəhrəmanlarının gəlişi ,onlara hədiyyə paylaması uşaqların sevıncinə sevinc qatmışdır.Tədbir Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin və Günərzi Qayğı Mərkəzinin uşaqlarının hazırladıqları maraqlı səhnəciklər, şerlər, rəqslərlərlə davam etmiş və bayram süfrəsi açılmışdir.