Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasında “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzulu layihə çərçivəsində “Mənəvi dəyərlər nədir” mövzusunda tədbir keçirildi
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması 18.12.2018-ci il tarixdə Ağcabədi rayon Muğanlı kənd məscidində “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzulu layihə çərçivəsində “Mənəvi dəyərlər nədir” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsumov, kənd sakinləri, ağsaqqallar və icma üzvləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev bildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin
tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsindən dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Mənəvi dəyərlər” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bildirdi ki, indiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Müxtəlif sosial şəbəkələrdə bəzən ailə dəyərlərinin aradan götürüldüyü haqqında məlumatlar verilir. Lakin, ailə dəyərləri Azərbaycan xalqının tarixən formalaşmış ən müqəddəs dəyərlərindən biridir. Gənclərimiz də bu dəyərlərdən həmişə bəhrələnmişlər. Ailə tərbiyəsi, ailədə verilən əxlaqi sifətlər, öyüd, nəsihət, düzlük-doğruçuluq, dostluq və yoldaşlıq kimi fikirlər, əməyə nəhəbbət və digər əxlaqi keyfiyyətlər bu gün də müqəddəsdir. Cəmiyyətdə ailə dəyərləri hamı tərəfindən qorunmalıdır. Mürəkkəb ailələrdə ata, ana və uşaqlarla yanaşı həm də, yaşlı nəslin nümayəndələri olan nənə və babalar da yaşayır. Belə ailələrdə tərbiyə və vətənpərvərlik işi yaxşı qurulur. Cəmiyyətimizdə sadə ailələr, mürəkkəb ailələr, tam və natamam ailələr mövcuddur.
Məruzə ətrafında Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsumov çıxış edərək,
müqəddəs kitabımız Qurani-Kərimdən, Peyğəmbərdən ailə dəyərləri haqqında bir neçə nümunələr gətirərərək bildirmişdir ki, ailə kiçik dövlətdir. Ailənin adət-ənənələrini gözləmək lazımdır.
Mövzu ətrafında kənd ağsaqqalları Bakir Quliyev və Müzəffər Bəndalıyev də çıxış etmişdilər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi açıldı.