Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq Ağcabədi Pedaqoji Kollecində tədbir keçirilmişdir.
11 dekabr 2018-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayon Pedaqoji Kollecində Anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Pedaqoji Kollecin direktoru Mirələm İbrahimli Dahi Lider Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir.Ağcabədi Rayon Pedaqoji Kollecin müəllimi Şahin Rəhimov məruzə ilə çıxış edərək Dahi Liderin şərəfli həyat yoluna ətraflı nəzər salmışdır.
Daha sonra çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışmışdılar. Qeyd edilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən respublikamız böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti Başçısının müavini - RİHB aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs edərək bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili siyasi vəziyyətin sabitləşməsi, uğurlu xarici siyasətin yeridilməsi, iqtisadiyyatın inkişaf etməsi Ulu Öndərin misilsiz fəaliyyəti nəticəsinə mümkün olmuşdur.