Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Anım Günü” ilə əlaqədar olaraq N saylı hərbi hissə ilə birlikdə tədbir keçirilib.

10 dekabr 2018 | 11:00

Ümummilli Lider Heydər Əliyevin  “Anım Günü” ilə əlaqədar olaraq 10 dekabr 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Rayon ərazisində yerləşən  N saylı hərbi hissənin və mərkəzin “Rəqs” kursunun üzvlərinin də iştirakı ilə keçirilən tədbir öncə eksponatlarla tanışlıqla başladı.  Mərkəzin bələdçisi Rövşanə Əlyeva tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən  eksponatlar əsasında geniş, dolğun məlumat verdi.
     Sonra Mərkəzin baş fond mühafizi Nurlan Piriyev “Heydər Əliyev və  Azərbaycançılıq”  mövzusunda  məruzə ilə çıxış etdi. N saylı hərbi hissənin əsgərlərinin də çıxışından sonra Ulu öndərə həsr olunmuş və mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Xalqa Bağışlanan Ömür” adlı sənədli film  nümayiş etdirildi.
      Qeyd edək ki, Anım günü ilə əlaqədar olaraq digər hərbi hissələrin əsgərləri ilə də tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Keçidlər