Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda xalq şairi Məmməd Arazın 80 illik yubileyi keçirildi.

03 noyabr 2013 | 11:00

31 oktyabr 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzi , YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyi və Qadınlar şurasının təşkilatçılığı ilə Qarabağ Muğam Mərkəzində Xalq şairi Məmməd Arazın 80 illik yubileyi keçirildi.
    Heydər Əliyev Mərkəzinin baş mühafizi, Yap Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Musa tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı. Daha sonra Xalq şairi Məmməd Arazın haqqında videoçarx nümayiş etdirildi.
    Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun baş müəllimi Qərənfil Rzayeva məruzə ilə çıxış edərək şairin yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İslam Kəbirli, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin dil ədəbiyyat müəllimi, Əməkdar Müəllim Zəhra İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Yusif Kamal , Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rovşən Bayramov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Afaq Məmmədova çıxış edərək şairin yaradıcılığı ilə bağlı fikirlərini, duyğularını bölüşdülər.
    Tədbirdə Ü. Hacıbəyov adına şəhər İncəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin gənc ifaçıları da çıxış etdilər. Tədbirdə Məmməd Arazın gənclərin ifasında söylənilən şeirləri də tamaşaçı alqışları ilə qarşılandı. Sonda Xalq Artisti, mərhum qiraət ustası Mikayıl Mirzənin ifasında Məmməd Arazın “Azərbaycan” şeiri səsləndirildi

Keçidlər