Heydər Əliyev Mərkəzində “Anım Günü” ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir
Ümummmilli Lider Heydər Əliyevin “Anım Günü” ilə əlaqədar olaraq 08 dekabr 2018-ci il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ziyarətçilərə öncə mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin hər birimizə nümunə olan şərəfli həyat yolu və fəaliyyəti haqqında geniş və dolğun məlumat verildi. Hərbiçilər zalda nümayiş olunan eksponatlara böyük maraqla baxmış, Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolu, eləcə də xalqımız və dövlətçiliyimiz üçün gördüyü nümunəvi işlərlə yaxından tanış olmuşlar.
Daha sonra ziyarətçilər mərkəzin foyesində Ümummilli Liderimizə həsr olunmuş kitabların sərgisi və Mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işləri tanış oldular.
Sonda əsgər və zabit heyəti ilə birlikdə xatirə fotosu çəkildi.