Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Anım Günü” ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir

06 dekabr 2018 | 11:00

Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir. Tədbirlərin davamı olaraq 06 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ağcabədi şəhər tam orta məktəblərində “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda məruzələr keçirilmişdir.
       Mərkəzin əməkdaşları Fariz Bünyatov və Nurlan Piriyev tərəfindən müvafiq olaraq Ü. Hacıbəyli adına şəhər 7 saylı tam orta məktəb və C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəblərdə keçirilən məruzələrdən öncə şagirdlər Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət “Unudulmaz Şəxsiyyət” adlı sərgi ilə tanış olmuşlar. Sərgi ilə tanışlıqdan sonra mərkəz əməkdaşlarının məruzələri dinlənilib. Məruzələr zamanı məktəblilərə Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında geniş məlumat verilmiş, Onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilmişdir.
         Daha sonra məktəblilərə Ulu Öndərin həyat və fəaliyyətinə dair suallar ünvanlanıb, onlarla birlikdə fikir mübadiləsi aparılmışdır. Şagirdlər diskussiya zamanı fəallıq nümayiş etdirmişlər.
       Qeyd edək ki, oktyabr ayından etibarən hər ay Dahi Liderin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilən məruzələr dekabr ayı ərzində Ulu Öndərin “Anım Günü” nə həsr olunub. Məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

Keçidlər