Avşar kəndində səyyar qəbul-görüş keçirilmişdir
06.12.2018-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, səhiyyə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.