Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasında “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu”” mövzusunda tədbir keçirildi

05 dekabr 2018 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 04.12.2018-ci il tarixdə Ağcabədi rayonu Diyarşünaslıq Muzeyində “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirtmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi rayonu Heydər Əliyev Muzeyinin direktoru Məhsəti Ağayeva, yuxarı sinif şagirdləri, tələbələr, müəllimlər və icma üzvləri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsindən dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.

Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev məruzə edərək Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərməsindən danışmış, gənclərə xalqımızın milli - mənəvi dəyərlərini yüksək səviyyədə qoruya bilməsi ilə bağlı öz dəyərli məsləhət və tövsiyələrini vermişdir.

Ağcabədi rayonu Heydər Əliyev Muzeyinin direktoru Məhsəti Ağayeva məruzə ətrafında çıxış edərək bildirdi ki, müasir dövrdə gənc nəslin təlim-tərbiyəsində mənəvi dəyərlərin xüsusi əhəmiyyəti var. Mənəvi dəyərlərin təbliği ailədən başlasa da, o sonrakı illərdə tədris müəsisələri – ümumtəhsil məktəblərdə, liseylərdə və ali tədris müəsisələrində davam etdirilir. Hər bir insan, xüsusən də gənclər bütün ömrü boyu milli-mənəvi dəyərlərdən bəhrələnir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək gənclərin tərbiyəsində mənəvi dəyərlərdən bəhrələnməsi müasir dövrün ən aktual problemlərindən biridir. Mənəvi dəyərlər uzun illərin nəticəsində əldə olunan bir sərvətdir. Müasir dövrümüzdə insanların tərbiyəsinə təsir edən amillər çoxdur. Lakin onları düzgün istiqamətdə tərbiyə edib boya-başa çatdırmaq üçün həm də, mənəvi dəyərlərin imkanlarından geniş istifadə etmək lazımdır. Ailə dəyərləri, vətənpərvərlik, əxlaq, dini tarixi abidələr, dil, şərəf və ləyaqət, elm, təhsil bütün bunlar hamısı mənəvi dəyərlərə daxildir. Ümummilli lider Heydər Əliyev demişdir: “Gənclərin vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə və milli keyfiyyətlərə malik olmalıdırlar”.

Keçidlər