Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Onlar üçün məhdudiyyət yoxdur” adlı tədbir keçirilmişdir.

03 noyabr 2013 | 11:00

01 noyabr 2013- cü il  tarixində saat 14:00 –da Ağcabədi şəhəri 3 saylı  məktəb- liseydə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin  və YAP Ağcabədi rayon Qadınlar Şurasının təşkilatı dəstəyi ilə “Onlar üçün məhdudiyyət yoxdur” adlı tədbir keçirilmişdir.
    Tədbirdə “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin  sədri Gülnarə Səlimova, Respublika Gözdən Əlillər Kitabxanasının müdir müavini Tofiq Balayev,Gözdən Əlillər Cəmiyyətinin tədris proqramları üzrə müdir müavini Fərid Fərmanlı ,YAP Qadınlar şurasının üzvləri,təhsil işçiləri, Beyləqan rayon “Günərzi Qayğı Mərkəzi”nin rəhbərliyi və bir çox başqa qonaqlar iştirak etmişdir.
    Çıxış edən qonaqlar bildirdilər ki,onlar əlil olmalarına baxmayaraq,həyatda çox uğurlar qazanıblar və tədbirdə iştirak edən valideynlərə belə fiziki məhdudiyyəti olan  övladlarına hər zaman dəstək olmağı tövsiyə etdilər.
   Tədbirin yekununda qonaqlara Gənclər üçün Təhsil Mərkəzi adından “Əlillərin sosial müdafiəsi və cəmiyyətə adaptasiyası” istiqamətində əməkdaşlıqlarına görə diplomlar təqdim edilmişdir.

Keçidlər