Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Məktəblər arasında respublika çempionatı”nın məktəbdaxili və rayondaxili yarışlarına yekun vurulmuşdur.

26 noyabr 2018 | 11:00

Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırılması, idman sahəsində sinifdənxaric və məktəbdənkənar  fəaliyyətlərin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təstiq etikləri əsasnaməyə uyğun olaraq Ağcabədi rayonunda “Məktəblər arasında respublika çempionatı”nın məktəbdaxili və rayondaxili mərhələləri keçirilmişdir.
    Əsasnaməyə uyğun olaraq 4 idman növü üzrə ( Atletika, Voleybol, Basketbol və Şahmat ) yarışlar keçirilmişdir. 2018-ci ilin oktyabr ayı ərzində məktəbdaxili yarışılar. 06-07 noyabr 2018-ci il tarixlərdə Atletika idman növü üzrə, 09-10 noyabr 2018-ci il tarixlərdə Voleybol idman növü üzrə,  12-13 noyabr 2018-ci il tarixlərdə Basketbol, 18-22 noyabr 2018-ci il tarixlərdə Şahmat idman növü üzrə rayondaxili yarışlar keçirilmişdir. Atletika idman növü üzrə rayondaxili yarışda Rahib İbrahimov adina Nəcəfqulubəyli kənd tam orta məktəbin komandası  I yerə, Hikmət Əliyev adına Boyat kənd tam orta məktəbin komandası  II yerə, Cəlil Məmmədquluzadə adına Kəhrizli kənd tam orta məktəbin komandası  III yerə laiq görülmüşlər. Voleybol idman növü üzrə rayondaxili yarışda Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası  I yerə, Vaqif Cəfərov adına  Təzəkənd tam orta məktəbin komandası II yerə, Köyük kənd tam orta məktəbin komandası  III yerə laiq görülmüşlər. Basketbol idman növü üzrə rayondaxili yarışda Şirin Hüseyinov adına şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, Köyük kənd tam orta məktəbin komandası II yerə, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbin komandası  III yerə laiq görülmüşlər. Şahmat idman növü üzrə rayondaxili yarışda Cəfərbəyli kənd tam orta məktəbin komandası  I yerə, Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbin komandası II yerə, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası III yerə laiq görülmüşlər.
      Rayondaxili yarışlarda I, II və III yerləri tutan məktəb komandalarına Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəisi Rüfət Quliyev və Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov tərəfindən Diplomlar təqdim olunmuşdur.

Keçidlər