Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

23 noyabr 2018 | 11:00

22 noyabr  2018- ci  il tarixdə saat 15:00 - da Ağcabədi rayon İcra Hakimiyyətində  22 noyabr  – Ədliyyə işçilərinin peşə bayramı  münasibəti ilə tədbir keçirilmişdir.
    Əvvəlcə   Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
    Daha sonra tədbir İcra Hakimiyyətinin iclas zalında davam etmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı  cənab Şahin Məmmədov rayon Ədliyyə əməkdaşlarını  Ədliyyə orqanlarının yaranmasının 100 illiyi  münasibəti ilə təbrik edərək  onlara çətin, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzu etdi.
Daha sonra rayon məhkəməsinin sədri  Silduz Ləzimov çıxış edərək bildirmişdir ki, Müstəqil Azərbaycan dövlətində Ədliyyə orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayıb.
   

Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.

Keçidlər