Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış

04 iyul 2012 | 10:00

03 iyul 2012-ci il tarixdə Ağcabədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində hərbi xidmətə çağırış ilə əlaqədar tədbir keçirilmişdir.
Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Sonra isə tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində davam etdirilmişdir. Tədbirdə iştirak edən rayon icctimaiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər gənc çağırışçılar vətəni qorumaq yolundakı bu şərəfli yolda uğurlar diləmiş, onlara uzun ömür, can sağlığı arzulamışlar. Tədbir rayon Mədəniyyət şöbəsinin konsert proqramı ilə davam etmişdir.
Çağırışda 130 nəfər rayon gənci ordu sıralarına yola salınmışdır.
 

Keçidlər