Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.

23 oktyabr 2013 | 10:00

 22 oktyabr  2013-cü il tarixdə  saat  11:00 – da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 6- da  Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2013- cü ilin doqquz  ayında sosial – iqtisadi  inkişaf  sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
    Yığıncağa rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri və  sahibkarlar dəvət olunmuşdur.
    Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısının birinci müavini Rövşən Əhmədov açaraq  bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 06 oktyabr  2013- cü il tarixdə doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə əlaqədar  iclası keçirilmişdir.
         Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısının birinci müavini Rövşən Əhmədov bildirmişdir ki,əsası    Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  və möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam edir. Məhz bu uğurun qələbəsidir ki, 2013-cü il 09 oktyabr tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri Ağcabədi rayonunda da demokratik şəraitdə uğurla başa çatmışdır. Belə ki, bütün seçici hüququ olan rayon sakinləri  yüksək əhval ruhiyyə ilə seçki məntəqələrinə gedərək öz layiqli namizədləri olan İlham Əliyev cənablarına ses vermişlər.
  Daha sonra rayon rəhbəri vurğulamışdır ki, Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artmış, Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində 5000 tonluq olan soyuducu anbarın, Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton  olan  çörək zavodunun və Olimpiya İdman Kompleksinin tikintisi aparılır.

    2013- cü il Ağcabədi rayonu ictimaiyyəti üçün uğurlu il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 avqust 2013- cü il tarixli səfəri zamanı  205 çarpayılıq  Mərkəzi Rayon xəstəxanasının, Yeni Azərbaycan Partiyasının inzibati binasının, şəhərin Heydər Əliyev prospekti ilə Ü.Hacıbəyli prospektinin kəsişməsində yerləşən Gənclər Mərkəzinin açılışını etmiş,3000 başlıq “ Aqat –Aqro” heyvandarlıq kompleksinə baxış keçirmişdir.  
    Rayonda son 9 ayda aparılan işləri məruzə edən Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısının birinci müavini Rövşən Əhmədov hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 06 oktyabr  2013- cü il tarixdə doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə əlaqədar  nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik və   üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib , qələbəyə nail olacayıq.
   Yığıncaqda daha sonra görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Ağcabədi Elektrik Şəbəkəsinin rəis əvəzi Mətləb Nəcəfov, Ağcabədi Qaz İstismar sahəsinin rəisi İkram Məhərrəmov, DSMF- nin Ağcabədi rayon şöbəsinin müdiri İlham Qəmbərov və Təzəkənd bələdiyyəsinin sədri Kamilə Həsənova  çıxış edərək  qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər  Ağcabədi rayonunda aparılan  yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi  rayonun daha da  inkişaf etməsinə təkan vermişdir.
    Hesabat yığıncağında 350 nəfər  iştirak etmişdir .


.

Keçidlər