Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

19 oktyabr 2013 | 10:00

 

18 oktyabr  2013-cü il tarixdə saat 15:00 –da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının iclas zalında 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
    Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq  ilk öncə qonaqları salamladı , 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 22 – ci ildönümü münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etmiş və 22 illik inkişaf edən, güclənən Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi işində hər kəsə uğurlar arzulamış və  qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan  Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuşdur. Bugün də Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin düşünülmüş  daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə , tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir. Bu gün də  müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü – gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza ataraq, irəliyə uğurla addımlayır.
    Daha sonra 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 22 – ci ildönümü münasibəti ilə AMİ –nin  Ağcabədi filialının dosenti Məhəmməd Hüseynov məruzə ilə çıxış edərək bildirdi ki, XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparmış,nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir.  Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Azərbaycan dövlətinin hər bir zəfərində Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndərin uğurla təməlini qoyduğu bu inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla  həyata keçirilir və Azərbaycanın müstəqilliyini daha da möhkəmlədir.
     Məruzədən sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Naibə Mustafayeva, Heydər Əliyev Mərkəzinin baş mühafizi, gənc şairə Məhsəti Musa və digər çıxış edənlər məruzə ətrafında çıxış edərək tədbir iştirakçılarını salamladılar, Müstəqiilik Günü münasibəti ilə onların bayramını təbrik etdilər  və bu günün mahiyyəti haqqında ətraflı çıxış etdilər.
    Yekunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən  bəhs olunan sənədli film nümayiş olundu.
     Tədbirdə  70  nəfər iştirak etmişdir.
.

Keçidlər