Ağcabədi rayonunda 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü münasibətilə silsilə tədbirlər keçirilir
Azərbaycan Respublikasının Dövlət bayrağı günü münasibəti ilə Ağcabədi rayonunda müxtəlif çərçivəli silsilə tədbirlər keçirilir.Bu münasibətlə 04 noyabr 2018-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində kütləvi qaçış keçirilmişdir. Qaçışın əsas məqsədi xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız və rayonda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdən ibarət idi. Vətənpərvər musiqi sədaları altında 100 dəqiqə davam edən tədbirdə rayon rəhbərliyi ,hüquq-mühafizə orqanlarının , idarə-müəssisə və təşkilatların rəhbərləri, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Mütəmadi olaraq hər həftənin bazar günləri keçirilən bu yürüşlər bayram günlərində daha da əhatəli keçirilir.