Ağcabədidə doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçrilib
18 oktyabr 2018-ci il tarixdə Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində 2018-ci ilin doqquz ayında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Bildirilmişdir ki,rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir- tikinti, abadlıq, bərpa, quruculuq işləri davam etməkdədir.Hazırda şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Xəlfərəddin küçəsində abadlıq işləri davam etdirilir, Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılaraq 9200 m2 tamet, 380 p/m bardür düzülmüş, Üzeyir Hacıbəyli prospektində hasarlarda 750 m2 hörgü, 1200 m2 suvaq, 3500 p/m ağlay bəzək daşları, 1200 m2 ağlay, 5700 pm ekran həşiyələri və kürsü karnizi, 1400 m2 dekarativ üzlük vurulmuş, Xəlfərəddin küçəsində 1024 p/m səki yanlarına bardür düzülmüş, 1450 m2 hasarlara suvaq, hasar və sütunlara 1216 m2 ağlay vurulmuş, 4470 p/m ekran haşiyələri və kürsü karnizi işlənmiş, hasarlarda 500 m2 hörgü işləri aparılmış, 1050 m2 tamet döşənmiş, hazırda işlər davam etdirilir.
2018-ci ilin yanvar ayından “RCİ-İnkişaf 2014” MMC ilə bağlanmış müqavilə əsasında Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil istismarı İdarəsinin balansında olan Üzeyir Hacıbəyli prospekti 25 saylı, Vaqif küçəsi 7, 9 və 13 saylı çoxmərtəbəli yaşayış binalarının əsaslı təmir işləri həyata keçirilir. Məşğulluq idarəsinin göndərişi əsasında 70 nəfər işçi fərdi əmək müqaviləsi əsasında müvəqqəti işlə təmin olunmuşdur. Binaların
fasadı, blok girişi, pəncərə blokları, yardımçı binalarının əsaslı təmiri, pilləkən və pilləkən məhəccərləri təmir olunmuş və hazırda işlər davam etdirilir.
Heydər Əliyev prospektində 118, 120, 122, 128, 166, 168, 170, 172, 174, 234, saylı, Üzeyir Hacıbəyli prospektində 67, 69, 77, 355, 357, 359, İsmət Qayıbov küçəsində 1, 3, 9 15, 16, 17, 23, 25, Nəsimi küçəsində 37 saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmir işləri davam etdirilir.
Şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov, və Nəsimi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılaraq, binaların kürsü hissələri 3500 m2 ağlay tavalarla üzlənmiş, 9000 p/m kürsü karnizi, həşiyə vurulmuş, 1200 m2 hörgü, 2500 m2 suvaq işləri aparılmış,1300 m2 plastik pəncərə bloku quraşdırılmışdır. Binaların fasad hissələrinin 12000 m2 tarsovka və emulsiya ilə rənglənmişdir.
Hazırda rayonumuzda ərazisi 34 ha, ümumi tikintialtı sahəsi 2345,9 m2 olan atçılıq kompleksində, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində ümumi sahəsi 484 m2 olan ikimərtəbəli Ağcabədi Sukanal idarəsinin inzibati binası, şəhər 2 saylı 100 yerlik zirzəmili, mansardlı, ikimərtəbəli Körpələr evi-uşaq bağçasının şəhərin Səməd Vurğun küçəsində 2,5 ha torpaq sahəsində müasir üslubda layihə əsasında avtovağzal kompleksinin, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində 1,635 ha torpaq sahəsində “ASAN” xidmət mərkəzinin, şəhərin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərinin kəsişməsində saat qülləsinin tikintisi, Ağcabədi şəhəri 7 saylı uşaq bağçasının əsaslı təmiri işləri uğurla davam etdirilir.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin,
mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub,
əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs
edilib.