17 oktyabr 2018-ci il tarixdə Tərtər rayonu Mədəniyyət evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilmişdir.
18 oktyabr 2018 | 11:00
17 oktyabr 2018-ci il tarixdə Tərtər rayonu Mədəniyyət evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilmişdir. Zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Ağcabədi, Tərtər, Naftalan, Goranboy,Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından olan 300 nəfər fəal gənc iştirak ediblər. Ağcabədi nümayəndə heyyəti toplantıda 30 nəfər fəal gənc ilə təmsil olunmuşdur.