Heydər Əliyev Mərkəzində Müstəqillik gününə həsr olunmuş bilik yarışı keçirilib.
18 oktaybr – Müstəqillik gününün 27 illiyi ilə əlaqədar oktyabr ayının 4-dən etibarən Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir. Müstəqil günü ilə əlaqədar növbəti tədbir 12 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirildi. “Müasir tariximizi necə bilirik?” başlığı altında, məktəblilər arasında təşkil olunan bilik yarışında şəhər məktəblərinin hər birindən 2 nəfər olmaqla X-XI sinif şagirdləri iştirak etmişdir.
Yarışdan öncə məktəblilərə ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş və dolğun məlumat verildi.
Yarışın sonunda M.F.Axundov adına şəhər 3 saylı lisey-məktəbin şagirdi Mamedov Anar Elşən oğlu – I yer, şəhər 5 saylı tam orta məktəbin şagirdi Fətəliyeva Gülyaz Eldar qızı – II yer, C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin şagirdi Əmirov Cəfər Elnur oğlu – III yeri tutaraq qalib elan olunmuşdur.