Şriftin ölçüsü :

Saytın rəngi :

Arazbar kəndində səyyar qəbul-görüş keçirilmişdir

10 oktyabr 2018 | 11:00

10.10.2018-ci il tarixdə Ağcabədi rayonu Arazbar kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.Qəbulda kənd  sakinlərinin  təbii qaz, enerji və su təchizatı, sosial  müdafiə, səhiyyə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıqlar verildi, qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.

Keçidlər