Heydər Əliyev Mərkəzinin əməkaşlarının 18 Oktyabr-Milli Müstəqillik günü ilə bağlı olaraq şəhər məktəblərində məruzələri davam edir.
Məlum olduğu kimi 04 oktyabr 2018-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələrinin təşkilinə başlanılıb. 11 oktyabr 2018-ci il tarixdə S. Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən növbəti məruzədən öncə məktəblilərin iştirakı ilə müstəqilliyimizdən bəhs edən kitablardan, tarixi sənədlərdən və Mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil olunmuşdur.
Sərgidən sonra Mərkəzin əməkdaşı Nurlan Piriyevin “Xalqın Böyük Xilaskarı” adlı məruzəsi dinlənilib. Məruzə zamanı ilk öncə 2018-ci ilin “Cümhuriyyət İli” elan edildiyi məktəblilərin nəzərinə çatdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verilib. Cümhuriyyətin xalqımızın düşüncəsində azadlıq toxumu səpdiyi vurğulanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi I dövrdən etibarən iqtisadiyyatın sürətli inkişafından, eləcə də 1988-ci ildən etibarən baş verən xalq hərəkatın haqqında ətraflı məlumat verilmişdi. Bildirilib ki, müstəqilliyimizin əldə olunmasında əsas rolu1988-ci il və 1990-cu illərdə olan azadlıq çıxışları oynayıb.
Əsasən müstəqillik tariximizdən bəhs edən məruzəçi bildirilmişdir ki, Respublikamız 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmiş, nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, ciddi problemlər yaranmışdı. Xalq da başa düşürdü ki, ölkəni böhranlı və ağır vəziyyətdən çıxartmaq, ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir. Məhz xalqın təkidiylə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixi olmuşdur.
Məruzə zamanı o da vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Sonda Ulu Öndər Heydər Əliyevin müstəqilliklə bağlı kəlamlarından ibarət videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.