Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir.

10 oktyabr 2018 | 11:00

09 oktyabr  2018 – ci il  tarixdə  saat 10:00 –da Ağcabədi rayon Heydər Əliyev adına Meydanda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi  keçirilmişdir.
   Ilk öncə gənc çağırışçılar Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
    Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, vətəni sevmək, lazım olduğunda vətənini düşməndən qorumaq üçün döyüşmək və bu uğurda canını sevə sevə vermək müqəddəs bir vəzifədir.
    Rayon rəhbəri bir daha bütün hərbi xidmətə yollanan gənclərə  Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı.
. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər gənc çağırışçılara vətəni qorumaq yolunda uğurlar dilədilər, onlara uzun ömür, can sağlığı arzuladılar və qeyd etdilər ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  uzaqgörən siyasəti sayəsində işğal altında olan  20 % torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə  yeni qələbələr əlavə edəcəyik.
   Tədbir rayon Ağcabədi Regional Mədəniyyət işçilərinin təşkil etdiyi  konsert proqramı ilə davam etmişdir.

Keçidlər