“Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
09.10.2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin və Ağcabədi rayon Polis şöbəsinin təşkilatçılığı ilə Ağcabədi rayon Hindarx qəsəbə 2 saylı ümumi orta və Şərəfxanlı kənd tam orta məktəblərdə “Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi- məsul katibi Nicat Axundov, rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, rayon DYP bölməsinin baş avtomobil müfəttişi Natiq Hüseynov, UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər” layihəsi çərçivəsində qurulmuş kordinasiya mexanizminin üzvləri (N.Axundov, T.Abbasov) iştirak etmişdirlər.
Tədbirdə yol hərəkət qaydaları şagirdlərə aşılanmış, müəyyən hüquqi tövsiyyələr verilmiş və şagirdlər tərəfindən verilən bütün suallar cavablandırılmışdır.