Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkaşları şəhər məktəblərində məruzələrlə çıxış etdilər.

05 oktyabr 2018 | 11:00

       04 oktyabr 2018-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələrinin təşkilinə başlanılıb. İlk olaraq M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbində keçirilən məruzədən öncə məktəblilərin iştirakı ilə müstəqilliyimizdən bəhs edən kitablardan, tarixi sənədlərdən və kurs üzvlərinin əl işlərindən ibarət “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil olunmuşdur.
      Sərgidən sonra Mərkəzin əməkdaşı Rövşanə Əliyevanın “Xalqın Böyük Xilaskarı” adlı məruzəsi dinlənilib. Məruzə zamanı məktəblilərə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi I dövrdən etibarən iqtisadiyyatın sürətli inkişafından, eləcə də 1988-ci ildən etibarən baş verən xalq hərəkatından ətraflı məlumat verilmişdi.
       Əsasən müstəqillik tariximizdən bəhs edən məruzəçi  bildirilmişdi ki, Respublikamız 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmiş, nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, ciddi problemlər yaranmışdı. Xalq da başa düşürdü ki, ölkəni böhranlı və ağır vəziyyətdən çıxartmaq, ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir.Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixi olmuşdur.
       Məruzə zamanı o da vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir.
     Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

Keçidlər