Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda döyüşənlər heç zaman unudulmur

28 sentyabr 2018 | 11:00

28 sentyabr 2018-ci il tarixdə Milli Ordunun yaranmasının 100 illiyi münasibəti ilə  Ağcabədi rayonundan olan Azərbaycanın Milli Qəhrəmanlarının, Qarabağ Mühaibəsi əlilləri və veteranlarının, şəhidlərin və sonradan vəfat edən döyüşçülərin bir qismi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfində təsis edilmiş “Milli Ordu100” və “Müharibə Veteranı 1994” medalları ilə təltif edilmiş və Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində medalların təqdim etmə mərasimi olmuşdur.  Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” sözünün müstəqil Azərbaycan dövlətinin ideologiyasının əsas təməli olaraq gənclər üçün nümunə olması gərəkdiyini xüsusi vurğuladı. Eyni zamanda Naibə Mustafayeva rayonda müharibə veteranlarının, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərin sosial problemlərinin daim rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanıldığını bildirmişdir.
Tədbirin sonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov tədbirin təşkilinə göstərdiyi köməyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Keçidlər