Ağcabədi rayonunda “ IV Muğam televiziya müsabiqəsi”nin növbəti mərhələsi keçirilmişdir.
03 oktyabr 2013-cü il tarixdə saat 20:30 –da Ağcabədi rayonu Y. Məmmədov adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə “ IV Muğam televiziya müsabiqəsi”nin növbəti mərhələsi keçirilmişdir.
Ilk öncə qonaqlar Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində , “ Atena” MMC Süd Emalı Zavodunda və rayonun digər görməli yerlərində gəzintidə olublar.
Azərbaycan Televiziyasının “ Mədəniyyət “ kanalının direktor müavini, əməkdar incəsənət xadimi, “Muğam Müsabiqəsi 2013” Televiziya musabiqəsinin təşkilat rəhbəri Nadir Axundovun, Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun münsiflər heyətində olduğu “ Muğam Müsabiqəsi 2013” Televiziya musabiqəsinin iştirakçıları Böyük Azərbaycan şairi Seyid Əzim Şirvanın qəzəllərinin yer aldığı bir – birindən maraqlı muğamlarla tamaşaçıları feyziyab etdilər.
Televiziya muğam musabiqəsinin tərk edən iştirakçı Könül Xəlilzadə oldu.
Muğam müsabiqəsində 350 nəfər iştirak etmişdir.