“Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
28 sentyabr 2018 | 11:00
28.09.2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin və Ağcabədi rayon Polis şöbəsinin təşkilatçılığı ilə şəhər 6 və 7 saylı tam orta məktəblərdə “Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi- məsul katibi Nicat Axundov, Rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, rayon DYP bölməsinin baş avtomobil müfəttişi Natiq Hüseynov, rayon Təhsil şöbəsinin əməkdaşı Ədalət Hüseynov iştirak etmişdirlər.