“Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
25.09.2108-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin və Ağcabədi rayon Polis şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı məktəb liseydə
və 4 saylı tam orta məktəblərdə “Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi- məsul katibi Nicat Axundov, Rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, rayon DYP bölməsinin baş avtomobil müfəttişi Natiq Hüseynov, rayon Təhsil şöbəsinin əməkdaşı Ədalət Hüseynov iştirak etmişdirlər.
Tədbirdə yol hərəkət qaydaları şagirdlərə aşılanmış, müəyyən tövsiyyələr verilmiş və şagirdlər tərəfindən verilən bütün suallar cavablandırılmışdır.