Ağcabədi rayonunda qanvermə aksiyası keçirilmişdir.
20 sentyabr 2018 | 11:00
Aşura mərasimlərində zəncir vurma, qan çıxartma kimi hərəkətlərə alternativ olaraq 20.09.2018-ci il tarixdə rayon Mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Aksiyada Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, aparat strukturu, hüquq mühafizə orqanlarının, rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti-ziyalılar, ağsaqqallar, gənclər və rayon dindarları ümumilikdə sağlamlıq məhdudiyyətləri olmayan 144 nəfər şəxs iştirak etmiş və öz vətəndaşlıq məsuliyyəti ilə xeyirxah amallara xidmət edən bu aksiyanın iştirakçısı olmuşdur.