Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Müəllimlərinin sentyabr konfransı keçirilmişdır.

11 sentyabr 2018 | 11:00

11 sentyabr 2018-ci il tarixdə saat 11:00 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Rayon Müəllimlərinin sentyabr konfransı keçirilmişdir.

Konfransda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Hümeyir Əhmədov və dəvət edilmiş idarə müəssisə rəhbərləri iştirak etmişdir.

Konfrans iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər.

Tədbir Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.Tədbiri Rayon Təhsil şöbəsinin müdir əvəzi Əfrasiyab Məmmədov açaraq, qonaqları salamladı və geniş məruzə ətrafında görülən işlər haqqında gələn qonaqlara məlumat verdi.Natiq  çıxışında bildirdi ki, “Təhsil millətin gələcəyidir” söyləyən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişaf etdirilməsində bir çox böyük layihələrə imza atmışdır. Cənab Prezident İlham Əliyevin əməyi sayəsində həyata keçirilən layihələr və görülən işlər, ölkəmizin bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində də uğurla davam etdirilir. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir. Bu il təhsil sahəsində 2018-ci ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artmasında müəllimlərimizin rolu az deyildir. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Yekunda məruzəçi hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova bütün rayon müəllimlərinin adından dərin minnətdarlığını bildirdi. Daha sonra məruzə ətrafında çıxışlara başlanılmışdır. Səməd Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbin direktoru Qasımov Teymur Əli oğlu, Şəhər 9 nömrəli tam orta məktəbin direktoru Quliyev Rizvan Yunis oğlu, Qaraxanlı kənd tam orta məktəbin direktoru Sultanova Afət Paşa qızı, Namiq Abdullayev adına Avşar kənd 2 nömrəli tam orta məktəbin direktoru Ələkbərov Kərim Yaqub oğlu, Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbin müəllimi Adilova Samirə Əli qızı, Mirzə Fətəli Axundov adına şəhər 3 nömrəli məktəb-liseyn müəllimi Əlizadə Fidan Nadir qızı, Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Professor Hümeyir Əhmədovçıxış etdilər.Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə müəllimlərin sentyabr konfransında onları salamladı və yeni dərs ilində hər bir müəllimə uğurlar arzuladı. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Rayon rəhbəri onu da qeyd etdi ki, 2018-ci ildə digər illərə nisbətən ali məktəblərə qəbul sayının artması,növbəti dəfə bir məzunumuzun 700 bal toplayaraq yüksək nəticəyə nail olması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən,inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğının günü – gündən daha da artırılmasından irəli gəlir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kim, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır.Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bir daha təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvər övladlar yetişdirməyi arzuladı.

Çıxışlardan sonra rayon Müəllimlərinin sentyabr konfransının qərar hissəsi oxunmuş və fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.

Keçidlər