Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirildi

04 sentyabr 2018 | 11:00

04.09.2018-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksinin futbol meydançasında  “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov,  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli,Azərbaycan Respublikası  Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev,Millət vəkilləri Tahir Rzayev və Aqil Abbas iştirak ediblər.
  Ağcabədi və Laçın rayonunun ümumtəhsil məktəblərinin 6-15 yaş arasında olan oğlan və qızları, onların məşqçiləri və təlimatçılarının cəlb olunduğu, ümumilikdə 250 nəfər məktəblinin iştirak etdiyi idman tədbirində  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qonaqlara minnətdarlıq edərək rayonda “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində keçirilən bu idman bayramının yetişməkdə olan gənc nəslin sağlam böyüməsində müsbət əhəmiyyətini qeyd edib.İcra başçısı bu cür idman tədbirlərinin keçirilməsinin sağlam gəncliyin yetişməsində müstəsna rolunu qeyd edib, layihənin iştirakçısı olan gənclər arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və olimpiya iştirakçılarının yetişəcəyinə inandığını vurğulayaraq məktəblilərə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev iştirakçıları salamlayaraq idman bayramı münasibətilə onları təbrik edərək, idmanın bütün növlərinə, o cümlədən futbola ölkəmizdə dövlət səviyyəsində böyük diqqət və qayğının olduğunu, ölkə rəhbərliyi tərəfindən qəbul edilən Dövlət Proqramları barədə məlumat verdi.
 
    Tədbir müəyyən olunmuş proqram əsasında davam etdi.

Keçidlər