Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü keçirildi
30 avqust 2018-ci il tarixdə saat 10:30 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun Ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.
Tədbirdə ,hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları, müəllimlər, ali məktəblərə qəbul olan məzunlar ,onların valideynləri , müəllimləri iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tələbələr Rayon Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirdilər.
Tədbir Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Rayon Təhsil şöbəsinin müdir əvəzi Əfrasiyab Məmmədov tədbiri açıq elan etdikdən sonra ,Azərbaycan Respublikasının Dövlət himni səsləndi və natiq giriş nitqi ilə , bütün abituriyent adını qazanan məzunları təbrik etdi və ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.Qeyd etdi ki,bu il Ağcabədi camaatı 422 nəfər məzunumuzun tələbə adını qazanması sevincini yaşayır.
Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbin məzunu, 700 balla Bakı Dövlət Universitetinə daxil olmuş Əzizli Əzim Sevindik oğlu,Akif Sultanov adına Kürdlər kənd tam orta məktəbin məzunu, 695 balla Bakı Dövlət Universitetinə daxil olmuşİsmayılzadə Gülgün Amil qızı,Hacıbədəlli kənd tam orta məktəbin məzunu, 673 balla Bakı Dövlət Universitetinədaxil olmuşMürşüdlü Aysel İsa qızı,Üzeyir Hacıbəyov adına şəhər 7 nömrəli tam orta məktəbin məzunu, 665 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Abışova Günay Rövşən qızı,Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbin məzunu, 625 balla Bakı Dövlət Universitetinə daxil olmuş Əliyeva Nuray Ülfət qızı,şəhər 3 saylı məktəb-liseyin məzunu, 647 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Həsənova Əsmər Namiq qızının valideyni Cəfərova Vəfa Cəfər qızı çıxış edərək tələbə adının qazanan bütün gəncləri təbrik edib,təhsilə göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Yeni Abituriyent kursunun rəhbəri Şöyüb Səfərov, DİM Bərdə regional şöbəsinin müdiri Elton Süleymanov çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və onların valideynlərini təbrik etdilər, onlara yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.
Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2018-ci ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının gündən – günə daha da artırılmasından irəli gəlir.
Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.
Tədbirin yekununda 600- 700 arası bal toplayan tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələri təqdim olunmuşdur.