Ağcabədidə Qurban bayramı münasibətilə fiziki məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir.
Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır.Elə bu məqsədlə də Ağcabədi Rayon İcra Hakimiyyəti 22.08.2018-ci il tarixdə aztəminatlı və fiziki məhdud uşaqların yararlandığı Ağcabədi "Günərzi " qayğı mərkəzində uşaqlar üçün bayram tədbiri təşkil etmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustfayeva,Mehman Kərimov və idarə-müəssisə rəhbərləri iştirak etmişdir.
Tədbirdə Naibə Mustfayeva və İnkişaf Naminə İctimai Birliyinin rəhbəri Mehman Kərimov çıxış edərək bayram münasibətilə bütün uşaqları təbrik etdilər.
Daha sonra tədbir Üzeyir Hacıbəyli adına şəhər incəsənət məktəbinin və " Günərzi " qayğı mərkəzinin kollektivinin hazırladığı əyləncəli proqramla davam etmişdir.Tədbirin sonunda uşaqlara qurban payı verilmiş, bu əziz gündə onlarda bu bayram sevincini ürəkdən yaşamışlar.