Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədililər tərəqqi və inkişafa səs verəcəklər .

29 sentyabr 2013 | 10:00

9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident Seçkilərində prezidentliyə namizəd cənab İlham Əliyevin  təbliğat-təşviqat kampaniyası işlərinə uğurla başlanmasına start verən  YAP Ağcabədi rayon təşkilatında yaradılmış qərargahının üzvləri rayonun bütün yaşayış məntəqələrində  seçicilərlə görüşlər keçirirlər. YAP Ağcabədi rayon təşkilatında yaradılmış seçki qərargahının üzvləri Ağabəyli, Cəfərbəyli, Hacıbədəlli , Pərioğullar, Nəcəfqulubəyli, Xocavənd, Aşağı Avşar, Şənlik, Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli, Mehrablı, Muğanlı, Şahsevən Təzəkənd, Köyük , Şahsevən, Minəxorlu, Kürdlər, Arasbar, Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Sarvanlar, Kəhrizli, Şərəfxanlı, Şotlanlı, Şahmallar   və digər kəndlərdə ardıcıl olaraq seçicilərlə görüşlər keçirmişlər. Görüşlərdə iştirak edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, millət vəkilləri Tahir Rzayev və Aqil Abbas, YAP Ağcabədi rayon təşkilatıın sədr müavini Nazim Bünyatov, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva və başqaları çıxış edərək son 10 il ərzində, Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan danışıblar.Kənd sakinlərini seçki günü fəal olmağa, işıqlı sabaha İlhamla irəliləməyə çağırıblar.
   Görüşdə çıxış edən kənd sakinləri və ziyalılar isə bildiriblər ki, rayonda görülən işləri yüksək qiymətləndirirlər və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri  9 oktyabr 2013- cü ildə   yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi  İlham Əliyevə səs verəcəklər.
    Prezidentliyə namizəd cənab İlham Əliyevin  təbliğat-təşviqat kampaniyası ilə əlaqədar  rayon seçiciləri ilə görüşlər davam etdirilir.

Keçidlər