Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı saflıq və mərhəmət rəmzidir.

20 avqust 2018 | 11:00

Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Qurban bayramı münasibətilə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri üçün tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini,Yeni Azərbaycan partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Bank Respublikanın Marketinq Kommunikasiyaları üzrə meneceri Çingiz Əsədov,”Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı,YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov iştirak edib.

Tədbiri giriş sözü ilə “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin direktoru,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki,müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir.

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov, çıxış edərək bildirib ki, demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycanda Qurban bayramı hər il dövlət səviyyəsində təntənə ilə qeyd olunur. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir.

Bayram tədbiri mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqlarının ifasında gözəl rəqs nömrələri və Qurban bayramına həsr edilmiş səhnəciklərdən ibarət musiqili proqramla davam etmişdir.

Sonda Bank Respublika tərəfindən aztəminatlı ailələrə Qurban əti,ərzaq məhsulları və ”Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən uşaqlara geyim və oyuncaq təqdim edilib

Keçidlər