Şriftin ölçüsü :

Saytın rəngi :

Hacılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

08 avqust 2018 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Hacılar kəndində ,Hacılar kəndinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.Kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın və baramaçılığın inkişafına dair tapşırıqlarının bu il də uğurla davam etdirilməsindən, pambıqçılığın inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması istiqamətinə görüləcək işlərdən,əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.  

Keçidlər