Ağcabədi rayonunda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha da qüdrətlənmiş, siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi inkişafın sürətlənməsinə nail olunmuşdur.Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişafın ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam etdiyini bildirən Ş.Məmmədov qeyd etmişdir ki, bu ilin birinci yarısında Ağcabədi rayonunda həyata keçirilmiş genişmiqyaslı işlər, qazanılan uğur və nailiyyətlər genişlənməkdədir. Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri davam etdirilir.Şəhərin Heydər Əliyev prospektində, Xəlfərəddin küçəsində abadlıq işləri davam etdirilir. Belə ki, Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılaraq 4500 m2 tamet, 280 p/m bardür düzülmüş, Xəlfərəddin küçəsində 210 p/m səki yanlarına bardür düzülmüş, 960 m2 hasarlara suvaq, hasar və sütunlara 810 m2 ağ lay vurulmuş, 2955 p/m ekran haşiyələri və kürsü karnizi işlənmiş, hasarlarda 420 m2 hörgü işləri aparılmış, hazırda işlər davam etdirilir.Ağcabədi şəhər ərazisində Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov və Nəsimi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmış, binaların kürsü hissələri 3000 m2 ağlay tavalarla üzlənmiş, 8000 p/m kürsü karnizi, haşiyə vurulmuş, 1000 m2 hörgü, 1500 m2 suvaq işləri aparılmış,1200 m2 plastik pəncərə bloku quraşdırılmışdır. Binaların fasad hissələri 8500 m2 çiləmə suvaq və emulsiya ilə rənglənmişdir.Rayonda ərazisi 34 ha, ümumi tikintialtı sahəsi 2345,9 m2 olan atçılıq kompleksində, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində ümumi sahəsi 484 m2 olan ikimərtəbəli Ağcabədi Sukanal idarəsinin inzibati binası, şəhər 2 saylı 100 yerlik zirzəmili, mansardlı, ikimərtəbəli Körpələr evi-uşaq bağçasının şəhərin Səməd Vurğun küçəsində 2,5 ha torpaq sahəsində müasir üslubda layihə əsasında avtovağzal kompleksinin tikintisi, Ağcabədi şəhəri 7 saylı uşaq bağçasının əsaslı təmiri işləri davam etdirilir. Üzeyir Hacıbəyli prospektində “Asan xidmət” Mərkəzi tikilir və Heydər Əliyev prospektində saat qülləsinin tikintisi aparılır.Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və növbəti yarımildəki görüləcək işlərdən danışılıb.