Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin təbliğatı ilə bağlı mitinq - konsert olmuşdur.

24 sentyabr 2013 | 10:00

23 sentyabr  2013-cü  il tarixdə  saat 15:00-da Ağcabədi şəhər Mərkəzi Stadionunda  Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentliyinə  namizəd  İlham Əliyevin təbliğatı  ilə bağlı mitinq - konsert olmuşdur.
    Mitinq- konsertdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Tahir Rzayev, Aqil Abbas və Yazıçılar Birliyinin katibi,  525- ci qəzetin redaktoru Rəşad Məcid  iştirak etmişdir.
    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədili ziyalılar Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Tahir Rzayev, Aqil Abbas və Yazıçılar Birliyinin katibi,  525- ci qəzetin redaktoru Rəşad Məcid  çıxış edərək bildirdilər ki, gündən – günə güclənən Azərbaycan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün Onun layiqli siyasi varisi tərəfindən uğurla davam etdirilir. Azərbaycan hər zaman uğurlu gələcəyə inamla addımlayacaq və Yeni Azərbaycan Partiyasının layiqli namizədi İlham Əliyevlə uğurlu sabahlara imza atacaqdır.
   Daha sonra mitinq – konsert  Azərbaycan Respublikasının tanınmış incəsənət xadimləri tərəfindən davam etdirildi. Təşkil olunan möhtəşəm konsert  böyük coşğu ilə yekunlaşdı.
    Mitinq -  konsertdə 15000 nəfər iştirak etmişdir.
.

Keçidlər