Ağcabədi rayonunda “Dini ekstremizim və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” mövzusunda tədbir keçirildi
10.07.2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti və Tərəqqi sosial-iqtisadi araştırmalar ictimai birliyinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun Bayraq Muzeyində “Dini ekstremizim və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” mövzusunda tədbir təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mustafayeva Naibə, rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi barədə qısa bir məlumat verdikdən sonra məruzə üçün sözü xanım İndira Şəmsivariyə verdi. İ.Şəmsivari öz məruzəsində bütövlükdə Respublikamızda dövlət-din münasibətlərinin təşkili, tənzimlənməsi, dini durumun sabit saxlanılması, dindarlara göstərilən dövlət dəstəyi barədə məlumat verdikdən sonra Dini ekstremizim və radikalizmə qarşı maarifləndirmə işinin təşkili, respublikamızda bu sahədə görülmüş tədbirlər haqqında dinləyicilərə məlumat verdi.Məruzə ətrafında çıxış edən natiqlər bildirdilər ki, Azərbaycanda dini radikalizmə və ektremizmə yer yoxdur. Radikal dini cərəyanlar da terrorçuluqla məşğul olurlar və Azərbaycan dövləti də terrorizmdən əziyyət çəkən ölkələrdən b iridir. Bizim bir düşmənimiz var-torpaqlarımızı qanunsuz zəbt etmiş, günahsız insanlarımızı qırmış, işğal altındakı ərazilərdə minlərlə dini- tarixi abidələrimizi vandalizmə məruz qoymuş ermənistan dövləti.Tədbir iştirakçıları eyni zamanda bir neçə gün əvvəl Gəncə şəhərində, din pərdəsi altında Azərbaycan dövlətçiliyinə qarşı baş vermiş terror əməllərini də pisləmişdir.