Ağcabədi rayonunda pambıqçılığa həsr olunmuş müşavirə keçirilmişdir .
19 iyun 2018-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin iclas zalında aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin , RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, pambıqçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfat rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Müşavirədə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək pambıqçılığın inkişafı və yaranan müxtəlif problemlərin qarşısının vaxtında alınması üçün bütün aidiyyəti təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Yığıncaqda o cümlədən, rayon rəhbəri istehlakçılar tərəfindən istifadə olunan elektrik enerjisinin haqqının vaxtında ödənilməsinə nəzarətin güclənməsi üçün aidiyyəti qurumlara lazımi tapşırıqlarını verdi. Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirildi.